Tovuzda qətl törədilib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı iki nəfər bıçaqlanıb.
Xəsarət alanlardan biri (şəxsiyyəti dəqiqləşdirilir – red) ölüb, digəri - 1988-ci il təvəllüdlü Ü.Abdullayev isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.