Bakı-Qazax yolunda avtomobil piyadanı vurub.
Modern.az xəbər verir ki, hadisə magistral yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 46 yaşlı A. Əsgərovu vurub.
Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.