Modern.az

Salyanda evə ildırım düşdü - VİDEO

Salyanda evə ildırım düşdü - VİDEO

Hadisə

Bu gün, 10:56

Salyanda fərdi yaşayış evinə ildırım düşüb.

Modern.az-ın xəbərinə görə, hadisə Şorsulu kəndində qeydə alınıb.

Kənd sakini Marif Məmmədovun evinə ildırım düşüb. Nəticədə yaşayış evinin bir otağı yanaraq yararsız vəziyyətə düşüb, evə və məişət əşyalarına ciddi ziyan dəyib.

Marif Məmmədovun sözlərinə görə, hadisə səhər saat 5 radələrində baş verib. Xoşbəxtlikdən həmin vaxt oyaq olduğu üçün vaxtında yanğından xəbər tutub.

Əraziyə cəlb olunan yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını alıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada