Modern.az

Deputat minaya düşüb öldü

Deputat minaya düşüb öldü

Hadisə

Bu gün, 17:47

Xerson vilayətinin Kalançak bələdiyyə şurasının deputatı Sergey Qluxenko 56 yaşında həlak olub.

Modern.az Rusiya mediasına istinadla bildirir ki, ilkin məlumata görə, o, Xorlı kəndi yaxınlığında piyada əleyhinə minaya düşüb. Bu barədə vilayətin qubernatoru Vladimir Saldo məlumat verib.

Sergey Qluxenko Kalançakda anadan olub. O, uzun müddət Xorlı kəndində meteorologiya stansiyasına rəhbərlik edib, həmyerlilərinə kömək göstərib və bələdiyyənin ictimai həyatında fəal iştirak edib.

Hadisənin təfərrüatları araşdırılır. Sergey Qluxenkonun məhz “Lepestok” tipli minaya düşməsi ilə bağlı məlumat hələlik ilkin xarakter daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada