Modern.az

“Ceyhun Sabunçu”nu qətlə yetirənlər həbs edildi - YENİLƏNİB

“Ceyhun Sabunçu”nu qətlə yetirənlər həbs edildi - YENİLƏNİB

Hadisə

Bu gün, 19:24

Kütləvi davadan sonra saxlanılanlar həbs edilib.

Modern.az-ın xəbərinə görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə Kamran Əfəndiyevin, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov və Həsən Zülfüqarovun hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əhməd Arzuxan oğlu Əlizadə barəsində isə  həbs qətimkan tədbirinin seçilməsi üçün irəli sürülən vəsatət Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya məhkəməsinin qərarı ilə vəsatətə Nizami rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

***

18:54

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar verilib.

Modern.az Real TV-yə istinadən xəbər verir ki, Emin Rəhimov və Elmar Cəfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Şübhəli bilinən digər şəxslərin də ifadələri davam edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları