Modern.az

Dünya Çempionatında bir ilk - rekord qırıldı

Dünya Çempionatında bir ilk - rekord qırıldı

İdman

Bu gün, 10:14

2026-cı il futbol üzrə Dünya Çempionatı keçirilən oyunların sayına görə turnir tarixinin ən çox azarkeş toplayan çempionatı olub.

Modern.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, mundialda nəzərdə tutulan 104 qarşılaşmadan ilk 36-sı geridə qaldıqdan sonra tribunaların ümumi baxış sayı 2 307 947 tamaşaçıya çatıb. Bu isə o deməkdir ki, hər oyuna orta hesabla 64 110 nəfər azarkeş gəlir və stadionların doluluq faizi rekord həddə – 99,54%-ə bərabərdir.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər davam edəcək builki Dünya Çempionatı ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilir. Bu, eyni zamanda tarixdə ilk dəfə olaraq 48 yığma komandanın iştirak etdiyi ilk mundialdır. Turnirin son çempionu isə 2022-ci ilin finalında Fransanı məğlub edən Argentina millisidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV