Modern.az

"Qarabağ" daha iki futbolçu ilə yollarını ayırdı 

"Qarabağ" daha iki futbolçu ilə yollarını ayırdı 

İdman

22 İyun 2026, 15:42

"Qarabağ" xorvatiyalı Fabian Buntiç və yerli qolkiper Amin Ramazanovla yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Fabian Buntiçlə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Amin Ramazanovun isə klubla olan müqavilə müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, 2024-cü ilin yayında Portuqaliyanın "Vizela" klubundan transfer olunan Xorvatiya əsilli qapıçı Fabian Buntiç "köhlən atlar"ın heyətində möhkəmlənə bilməyib. Amin Ramazanov isə 2022-ci ildən bəri "Qarabağ"ın uğurları üçün çalışırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?