"Fənərbaxça" ulduz futbolçu Meyson Qrinvudu transfer etmək istəyir.
Modern.az xəbər verir ki, hazırda pul sıxıntısı çəkən Fransa klubu futbolçunu satmaq qərarına gəlib. Onlar 24 yaşlı oyunçu üçün 55 milyon avro istəyirlər və qiyməti aşağı salmırlar. Çünki gəlirin yarısı Qrinvudun keçmiş klubu "Mançester Yunayted"ə veriləcək.
"Fənərbaxça" bu transfer üçün "Marsel"ə bonuslarla birlikdə 35 milyon avro təklif etsə də, qarşı tərəf bunu qəbul etməyib. Buna baxmayaraq, İstanbul klubu danışıqları davam etdirir.
İngilis futbolçu ilə İtaliyanın "Roma" klubu da maraqlanır. Lakin "Fənərbaxça" oyunçuya illik 7-8 milyon avro maaş təklif edərək onun fikrini dəyişib. "Roma" isə cəmi 4.5 milyon avro təklif etmişdi. İtaliyada oynamaq istəsə də, ulduz futbolçu artıq "Roma"nı gözləmək fikrində deyil və Türkiyəyə gəlməyə hazırdır.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm çıxdığı 45 oyunda 26 qol vurub və 11 ötürmə edib.