Kabo-Verde millisinin qapıçısı DÇ-2026-da tarixi rekorda imza atıb
Modern.az xəbər verir ki, məlumata görə, Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya futbol üzrə dünya çempionatında tarixi göstəriciyə imza atıb.
Bildirilib ki, təcrübəli qolkiper turnir ərzində ümumilikdə 18 seyv edib. Onlardan 8-i Argentina ilə 1/16 final mərhələsində keçirilən dramatik oyunda (2:3) qeydə alınıb.
Bu nəticə ilə Vozinya dünya çempionatları tarixində 40 və daha yuxarı yaşda bir turnirdə ən çox seyv edən qapıçılar sırasına daxil olub.
Bu yaş kateqoriyasında ondan daha çox seyv edən cəmi iki qapıçı var. Bunlar İngiltərə millisinin sabiq qapıçısı Piter Şilton (1990-cı ildə 28 seyv) və İtaliya futbolunun əfsanəsi Dino Zoffdur (1982-ci ildə 27 seyv).
Kabo-Verde Argentinaya 2:3 hesabı ilə məğlub olsa da, 40 yaşlı Vozinyanın çıxışı turnirin ən yaddaqalan performanslarından biri kimi qiymətləndirilir.