Modern.az

Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

İdman

Bu gün, 00:02

Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Modern.az-a verilən məlumata görə, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.

Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr