Modern.az

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

İdman

Bu gün, 17:56

Argentinalı dünya ulduzu Lionel Messinin atasının vəfatı ilə bağlı paylaşımına həmkarı Kriştiano Ronaldo da münasibət bildirib.

Modern.az xəbər verir ki, Ronaldo sosial şəbəkədəki şərhində Messiyə və ailəsinə dəstəyini ifadə edib.

Portuqaliyalı futbolçu Messiyə müraciət edərək onun və ailəsinin bu çətin günlərdə yanında olduğunu bildirib və onlara səbir, güc arzulayıb.

Ronaldo şərhində belə yazıb: “Səni və ailəni möhkəm qucaqlayıram, Leo. Bu çətin zamanda sizə böyük güc arzulayıram.”

Ronaldo ilə Messi uzun illər dünya futbolunun ən böyük rəqabətlərindən birinin əsas iştirakçıları olublar. Buna baxmayaraq, hər iki futbolçu müxtəlif vaxtlarda bir-birinə hörmət və dəstəyini nümayiş etdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...