Modern.az

Zidan Bartezi işə götürdü

Zidan Bartezi işə götürdü

İdman

Bu gün, 17:42

Fransa millisində futbol azarkeşləri üçün nostalji və maraqlı bir əməkdaşlıq başlaya bilər. 1998-ci il dünya çempionatının və 2000-ci il Avropa çempionatının qalibləri Fabien Bartez və Zinəddin Zidan yenidən bir araya gəlirlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş Fransa qapıçısı Fabien Bartez milli komandada Zinəddin Zidana kömək edəcək və qapıçılarla işləyəcək.

Bartez və Zidan Fransa millisinin tarixində ən uğurlu nəsillərdən birinin əsas simaları olublar. Onlar birlikdə əvvəlcə 1998-ci ildə dünya çempionu, iki il sonra isə Avropa çempionu olublar.

İndi isə iki əfsanə milli komandanın yeni mərhələsində yenidən eyni kollektivdə çalışa bilərlər.

Bartezin əsas vəzifəsinin qapıçılarla işləmək və onların hazırlığına kömək etmək olacağı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ