Modern.az

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı rəqibləri BİLİNDİ

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı rəqibləri BİLİNDİ

İdman

Bu gün, 10:46

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı komandaların hamısı müəyyənləşib.

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələ oyunlarından sonra C qrupunun qalibi “Buba Mara” və D qrupunun lideri “Uypest” “qırmızı-ağlar”ın rəqibi olub.

Əslində, iyulun 8-də keçirilən püşk 5-ci qrupa E qrupunun qalibinə vəsiqə vermişdi. Ancaq həmin qrupda Ermənistan çempionu “Unisport” birinci olub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də E yox, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypest” (Macarıstan) komandaları güclərini sınayacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...