Modern.az

Renat Dadaşov Ukrayna klubuna transfer oldu

Renat Dadaşov Ukrayna klubuna transfer oldu

İdman

Bu gün, 16:28

Ukraynanın “Bukovina” komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər mövsümün sonunda əməkdaşlığın müddətini daha bir il uzada bilərlər. O, yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Oyunçu ötən mövsümü Polşa Ekstraklasasında mübarizə aparan “Motor”un heyətində keçirib.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycan yığmasının formasını geyinən Renat Dadaşov bu müddət ərzində 45 oyunda 7 qolla yadda qalıb. O, daha əvvəl Almaniyanın U-16 və U-17 yığmalarında da çıxış edib.

Sizə yeni x var
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...