Modern.az

Çempionlar Liqası: "Sabah" böyük hesabla məğlub oldu - YENİLƏNİB 3

Çempionlar Liqası: "Sabah" böyük hesabla məğlub oldu - YENİLƏNİB 3

İdman

11 Sentyabr 2026, 00:55

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.

Modern.az xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.

"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.

Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək

***

00:39

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda dördüncü qol vurulub.

Modern.az-ın məlumatına görə, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi bir qədər də artırıblar - 4:0.

68-ci dəqiqədə Lisandro Martines adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçirilən I tur oyununda ilk hissə başa çatıb.

Modern.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb - 0:3.

"Qırmızı şeytanlar"ın heyətində qolları 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş və 45-ci dəqiqədə Benyamin Şeşko vurublar.

23:34

UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçirilən I tur oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşmanın 27-ci dəqiqəsində "qırmızı şeytanlar"ın heyətində Mateus Kunya fərqlənib - 1:0.

Görüşü Fransa Futbol Federasiyasından FIFA dərəcəli hakim Villi Delajo idarə edir.

***

“Mançester Yunayted” – “Sabah” qarşılaşmasında start fiti səslənib.

Modern.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçirilən görüş İngiltərənin “Old Trafford” stadionunda başlayıb.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər