Almaniya millisinin baş məşqçisi Yurgen Klopp “Liverpul”a Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtzi transfer etməməyi tövsiyə etdiyini etiraf edib.
Modern.az xəbər verir ki, futbolçu 2025-ci ilin yayında İngiltərə klubuna keçib. Klopp daha əvvəl “Liverpul”un baş məşqçisi olub.
“Onların Virtzi transfer etmək istədiklərini eşidəndə zəng etdim və dedim ki, Bundesliqa Premyer Liqadan fərqlənir. Ona görə də Virtzi transfer etməməyi məsləhət gördüm. Amma onlar öz qərarlarında israr etdilər və onu Leverkuzen klubundan aldılar.
Söhbət Virtzin zəif futbolçu olmasından getmir. Sadəcə, o, “Bayer”də oynayarkən Premyer Liqada uğur qazanmaqda çətinlik çəkəcəyini bilirdim, çünki burada oyunun intensivliyi tamamilə fərqlidir.
Onlar bunu etiraf etməyəcəklər, amma indi onun üçün bu qədər böyük məbləğ ödədiklərinə görə peşmandırlar. Əgər mənim məsləhətimə qulaq assaydılar, belə olmazdı”, — deyə Klopp bildirib.