Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
Modern.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.

