Madrid “Real”ının və Fransa millisinin 27 yaşlı hücumçusu Kilian Mbappe “kral klubu”nda 100-cü qolunu vurub.
Modern.az xəbər verir ki, La Liqanın 10-cu turunun səfər oyununda Joze Mourinyonun rəhbərlik etdiyi komanda çempion “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Qələbəni “Real”a Mbappenin dublu qazandırıb. Bu qollar fransalı hücumçunun Madrid klubunun heyətində vurduğu 99-cu və 100-cü toplar olub.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 13 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 14 qol vurub və 3 məhsuldar ötürmə verib.
La Liqanın 10-cu turundan sonra “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.