Modern.az

Manat möhkəmlənib, qiymətlər nəzarətdə 

Manat möhkəmlənib, qiymətlər nəzarətdə 

İqtisadiyyat

16 Aprel 2025, 09:20

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı ölkədə qiymətlərin sabit qalması üçün tədbirləri davam etdirib.

Modern.az xəbər verir ki,  2024-cü il faiz dəhlizi parametrləri 8 dəfə müzakirə edilib. Pul siyasətinə həsr edilmiş ilk 3 iclasda uçot dərəcəsinin 8%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8.25%-ə, faiz dəhlizinin aşağı həddinin isə 6.5%-dən 6.25%-ə endirilməsi ilə bağlı qərarlar qəbul edilib. Ardıcıl son 5 iclasda isə faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb.

Mərkəzi Bank bazarda dövriyyədə olan pulun miqdarına nəzarət edib. 2024-cü ildə bəzi xarici və daxili amillərə görə bank sistemində pul miqdarı bir qədər azaldığı üçün, Mərkəzi Bank bazardan əlavə pul çəkmə əməliyyatlarını (sterilizasiya) əvvəlki illərlə müqayisədə azaldıb.

2024-cü ildə manatın dəyəri bizim əsas ticarət etdiyimiz ölkələrin valyutalarına qarşı bir qədər möhkəmlənib. Nominal effektiv məzənnə (valyutaların rəsmi kurslarına əsasən) 9 faiz , real effektiv məzənnə (inflyasiya nəzərə alınaraq hesablanır) isə 2,2 faiz artıb. Bu o deməkdir ki, manat bir az güclənib, amma bu artım çox kəskin olmayıb, çünki Azərbaycandakı inflyasiya tərəfdaş ölkələrdən aşağı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi