Modern.az

Sabunçuda moped oğurlayanlar saxlanıldı

Sabunçuda moped oğurlayanlar saxlanıldı

İqtisadiyyat

27 Yanvar 2026, 09:28

Sabunçu rayonunda oğurluq hadisəsi olub.

Modern.az xəbər verir ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır