Modern.az

Qazaxda narkotik satışını təşkil edən şəxs saxlanıldı

Qazaxda narkotik satışını təşkil edən şəxs saxlanıldı

Aktual

17 Mart 2026, 09:54

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Modern.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Vüsal Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Ondan, ümumilikdə, 5 kiloqram marixuana və digər növ narkotik vasitələr, həmçinin elektron tərəzi aşkarlanıb.

V. Abdullayev narkotikləri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?