2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları büdcənin ümumi daxilolmalarının 51,9 %-ni təşkil etməklə 20 milyard 302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 702,4 milyon manat və yaxud 3,6 % çoxdur.
Modern.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat ili ərzində büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 %-ni və yaxud 126,1 milyon manatını vergi daxilolmaları, 31,4 %-ni və yaxud 6 milyard 369,9 milyon manatını gömrük daxilolmaları, 3,3 %-ni və yaxud 679,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 5,9 %-ni və yaxud 1 milyard 200,8 milyon manatını sair daxilolmalar, 0,3 %-ni və yaxud 46,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və yaxud 8,9 %, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və yaxud 10,7 %, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və yaxud 24,1 % çox icra olunub.