Ağsu rayonu Sanqalan və Quzey kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinə başlanılır.
Modern.az xəbər verir ki, ADSEA-nın Regional Su Meliorasiya Xidməti hazırlıq işlərinə yekun vurub.
Belə ki, qurum sözügedən işlərin icrasını “Hydro-Geo Environment Group” şirkətinə havalə edib və onunla müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri 682 manat olaraq müəyyənləşib. (iqtisadiyyat.az)