Modern.az

Dövlət Agentliyinin şirkəti borclanıb

Dövlət Agentliyinin şirkəti borclanıb

İqtisadiyyat

28 Yanvar 2026, 17:48

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin dövlət qarşısında vergi borcu yarım milyona çatır.

Bu barədə Modern.az-ın kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, MMC-nin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə borcu 488 089.64 manat təşkil edir.

Qeyd edək ki, 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir. O, daha əvvəl 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru olub. (İqtisadiyyat.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır