Modern.az

Neft bahalaşır - “Azeri Light”ın qiymətində 3,58 % artım 

Neft bahalaşır - “Azeri Light”ın qiymətində 3,58 % artım 

İqtisadiyyat

30 Yanvar 2026, 09:36

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dolları və ya 3,58 % artaraq 72,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır