Müasir iqtisadi nəzəriyyəyə əsasən inkişaf etmiş ölkələr üçün inflyasiyanın optimal səviyyəsi illik təxminən 2-3%, inkişaf etməkdə olan ölkələr üçün isə 4-6% hesab olunur. Bu hədd kifayət qədər aşağıdır ki, insanlar və şirkətlər uzunmüddətli planlama apara bilsinlər, eyni zamanda mərkəzi banka böhran dövrlərində iqtisadiyyatı stimullaşdırmaq məqsədilə faiz dərəcələrini aşağı salmaq üçün manevr imkanı yaradır.
Əgər artan inflyasiyanı vaxtında Mərkəzi Bankın daha sərt pul-kredit siyasəti vasitəsilə nəzarət altına almaq mümkün olmazsa (hazırda Rusiyada baş verən prosesdə olduğu kimi-red), inflyasiya tamamilə nəzarətdən çıxa və iqtisadiyyatı uzunmüddətli böhrana sürükləyə bilər. Bunun ən bariz nümunələri Venesuela (inflyasiya-269,9%), İran (42%) və Argentina (41%) dır.
Modern.az ən yüksək və ən aşağı inflyasiya göstəricilərinə malik ölkələri təqdim edir.
Yüksək inflyasiya göstəricilərinə malik top 5-lik:
Venesuela - 269,9%
Cənubi Afrika Respublikası - 97,5%
Sudan - 87,2 faiz
İran - 42,4%
Argentina -41,3%
Brundi - 37,3%
Türkiyə - 34,9%
Aşağı infilyasiya göstəriclərinə malik top 5-lik:
Panama- -0,1
Fici - 0,1%
Qatar - 0,1%
İsviçrə - 0,1%