Azərbaycanın regionlarında çayların daşqın təhlükəsinə qarşı genişmiqyaslı mühafizə və sahilbərkitmə tədbirləri davam etdirilir.
Modern.az xəbər verir ki, "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən ölkənin şimal və şimal-qərb bölgələrində sel sularının qarşısının alınması və təsərrüfatların qorunması məqsədilə tender elan edilib.
Ekoloji və infrastruktur layihəsinin icrası üçün müəyyən edilmiş ümumi ehtimal olunan qiymət cəmi 4 903 989,14 azn (dörd milyon doqquz yüz üç min doqquz yüz səksən doqquz manat on dörd qəpik) təşkil edir.
Layihələr çərçivəsində Vəlvələçay ətrafında mühafizə tədbirlərinin görülməsi, eləcə də Göyçay rayonunun Qızılağac və Şəkili kəndlərində əkin sahələrinin Göyçay çayının sel sularından müdafiəsi nəzərdə tutulur.
Eyni zamanda, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Silbançay, Katexçay və digər çaylarda sahilbərkitmə işlərinin aparılması planlaşdırılır.