Modern.az

Qeyri-neft sektorunda ixrac göstəriciləri artır - 268 milyon dollar

Qeyri-neft sektorunda ixrac göstəriciləri artır - 268 milyon dollar

İqtisadiyyat

Bu gün, 15:58

2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi qeyri-neft ixracı ötən ilin eyni ayı ilə müqayisədə artıb. Belə ki, 2025-ci ilin yanvarında 246,1 milyon dollar olan qeyri-neft ixracı 2026-cı ilin eyni dövründə 268,4 milyon dollara çatıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ilin yanvar ayına dair buraxılışında dərc edilib. 

Məlumata görə, qeyri-neft ixracında illik müqayisədə 9 faizlik artım qeydə alınıb.

Bundan əlavə, 2026-cı ilin yanvar ayında yeyinti və qeyri-yeyinti məhsulları üzrə ixrac göstəriciləri də açıqlanıb. Yeyinti məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artıb. 2025-ci ilin yanvarında 84,1 milyon dollar olan ixrac həcmi 2026-cı ilin yanvarında 103 milyon dollara yüksəlib. Qeyri-yeyinti məhsulları üzrə isə artım daha az olub. Belə ki, bu kateqoriyada ixrac 162,1 milyon dollardan 165,4 milyon dollara yüksəlib ki, bu da 2 faiz artım deməkdir.

Sizə yeni x var
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada