Modern.az

Xaricə 17 milyona alma satmışıq

Xaricə 17 milyona alma satmışıq

İqtisadiyyat

Bu gün, 11:16

Bu ilin ilk iki ayında Azərbaycan xaricə alma satışını artırıb.

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında ölkədən 17 milyon 620,45 min ABŞ dolları dəyərində 22 min 638,44 ton alma ixrac olunub.

Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon 49,48 min ABŞ dolları və ya 30 faiz, həcm baxımından isə 1 964,77 ton və ya 9,5 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə alma ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixracının 0,5 faizini təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları olub. Bunun 3 milyard 665 milyon dolları ixracın, 2 milyard 599 milyon dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 23,1 faiz, idxal isə 37,2 faiz azalma göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV