Bu ilin ilk iki ayında Azərbaycana idxal olunan gübrənin həcmi və dəyəri artıb.
Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında ölkəyə 29 min 43 ton gübrə gətirilib. Bu məhsullar üçün ümumilikdə 19 milyon 600 min ABŞ dolları vəsait xərclənib.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 5 min 505 ton və ya 23,4 faiz artıb. Dəyər baxımından isə artım daha yüksək olub, 8 milyon 671 min dollar və ya 79,3 faiz.
Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 23 min 538 ton gübrə idxal edilmiş, bunun üçün 10 milyon 929 min dollar ödənilmişdi.
Hesabat dövründə idxal olunan gübrənin 1 kiloqramının orta qiyməti 0,67 dollar (təxminən 1 manat 14 qəpik) təşkil edib. Bu isə illik müqayisədə 0,21 dollar (təxminən 35 qəpik) və ya 45,6 faiz bahalaşma deməkdir.