Modern.az

Azərbaycan 4 ayda xaricə 18 milyard dollarlıq məhsul satıb

Azərbaycan 4 ayda xaricə 18 milyard dollarlıq məhsul satıb

İqtisadiyyat

Bu gün, 12:57

 2026-cı ilin yanvar-aprel ayların Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard dolları ötüb. 

Modern.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu dörd ay ərzində xarici ticarət dövriyyəsi 18060,7 milyon ABŞ dolları təşkil edib və nəticədə 7011,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 10,1 faiz artsa da, real ifadədə 8,7 faiz azalıb.

Ticarət əməliyyatlarının ümumi həcmindən ixracın payına 12535,9 milyon dollar düşüb ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə cari qiymətlərlə 51,7 faiz, real ifadədə isə 29,3 faiz artım deməkdir. Xüsusilə qeyri-neft-qaz məhsullarının ixracında kəskin artım müşahidə olunub; bu göstərici cari qiymətlərlə 4,4 dəfə, real ifadədə isə 3,1 dəfə yüksələrək 4698,8 milyon dollara çatıb. İdxal əməliyyatları isə əksinə, azalma meyil nümayiş etdirərək 5524,8 milyon dollar təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən cari qiymətlərlə 32,1 faiz, real ifadədə isə 47,5 faiz geriləməni göstərir.

Bundan başqa, xarici ticarət dövriyyəsində ən çox paya malik olan ölkələrlə aparılan əməliyyatlarda idxal və ixracın xüsusi çəkisi fərqli formalaşmışdır. İtaliya ilə ticarətdə ixracın payı 96,0 faiz, idxal isə 4,0 faiz təşkil edib. Birləşmiş Krallıq ilə əməliyyatlarda ixrac 97,5 faiz, idxal 2,5 faiz, Türkiyə ilə isə ixrac 58,6 faiz, idxal 41,4 faiz olub. Çin ilə ticarətdə idxal 97,4 faiz kimi mütləq üstünlüyə malik olduğu halda, ixrac cəmi 2,6 faiz təşkil edib. Rusiya ilə əlaqələrdə idxal 69,4 faiz, ixrac 30,6 faiz, Gürcüstan ilə əməliyyatlarda ixrac 88,3 faiz, idxal 11,7 faiz kimi qeydə alınıb. Almaniya ilə ticarətdə idxalın çəkisi 60,6 faiz, ixracın çəkisi 39,4 faiz, Yunanıstan ilə ixrac 93,2 faiz, idxal 6,8 faiz, Bolqarıstan ilə isə ixrac 97,3 faiz, idxal 2,7 faiz olub. ABŞ ilə aparılan ticarət əməliyyatlarında isə idxalın payı 91,8 faiz, ixracın xüsusi çəkisi isə 8,2 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə ölkəmizdən 112 ölkəyə məhsul ixrac edilib, 150 ölkədən isə idxal olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu