Modern.az

Azərbaycanda dərmanlar niyə bahadır? 

Azərbaycanda dərmanlar niyə bahadır? 

İqtisadiyyat

Bu gün, 15:34

Azərbaycanda eyni tərkibli xarici dərmanların qiyməti ilə qonşu ölkələrdəki qiymətlər arasında fantastik fərqlərin olması maraq doğuran məsələlərdəndir. Eyni molekul tərkibli, brendə məxsus preparatların ölkəmizdə qonşu dövlətlərdən dəfələrlə baha satılmasının pərdəarxası səbəbləri nədir? 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymət fərqinin formalaşmasında ən birinci və əsas amil tətbiq edilən tənzimləmə mexanizmidir:

"Əsas səbəb Tarif Şurasının apardığı qiymət siyasətidir. Bu siyasət yanlışdır. Hazırda ölkədə molekula və istehsalçı ölkəyə görə qiymət siyasəti yürüdülür. Bu yanaşma isə daxili bazara daha keyfiyyətsiz məhsulların daxil olmasına, dərmanların ölkəyə daha baha gətirilməsinə və istehsalçı ölkə profilinin mənfiyə doğru dəyişməsinə səbəb olur".

N.Cəfərli qonşu ölkələrlə müqayisədə Azərbaycandakı vergi yükünün ağırlığını və yerli istehsalın yoxluğunu da diqqətə çatdırıb:

"Digər mühüm səbəb vergi və gömrük rüsumları ilə bağlıdır. Qonşu ölkələrdə dərman preparatlarına tətbiq olunan vergi və rüsumlar bizdəkindən qat-qat aşağıdır. Azərbaycanda dərmanların satışında 18 faizlik Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq olunur ki, bunun özü də qiymət artımına birbaşa və ciddi təsir göstərən amillərdən biridir.

Üstəlik, biz istehlak etdiyimiz dərmanların 90-95 faizini xaricdən gətiririk, ölkəmizdə yerli istehsal demək olar ki, yoxdur. Təbii ki, yerli istehsal sahələri qurulsa və daxili tələbatı qarşılasa, qiymətlər də indikindən xeyli ucuz olar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada