Modern.az

Bakı-Tbilisi qatarına 5500 bilet satışdadır - AÇIQLAMA

Bakı-Tbilisi qatarına 5500 bilet satışdadır - AÇIQLAMA

İqtisadiyyat

Bu gün, 15:31

Yüksək təlabatı nəzərə alaraq 10 iyul tarixindən Bakı-Tbilisi, 11 iyul tarixindən isə əks istiqamətində hərəkətdə olan qatarlara əlavə 3 vaqon qoşulacaq. 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov media üçün keçirilən brifinq zamanı deyib. 


Onun sözlərinə görə, bununla da hazırda 178 yer sayı 282-yə qalxacaq. 

“Bu 3 vaqonda əlavə 104 yer olacaq. Bununla da bir qatar tərkibində 60%-ə artım nəzərdə tutulur. Biletlər bu gün artıq satışa çıxarılıb. Hazırda biletlərin alımı 10 iyul tarixindən 6 avqust tarixini əhatə edir. Cəmi 5500 bilet satışa çıxarılıb”.

Departament rəisi diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Bakı istiqamətində yeni əlavə olunan vaqonlar ölkə daxilində istifadə olunann yataq tipli vaqonlardır. Onlarda yer sayı hər vaqonda 36-dır. Hər bir sərnişin özü ilə ödənişsiz formada 36 kiloqrama qədər yük gətirə bilər. Həmin vaqonlarda ketrinq xidmətinin də təşkil olunması üçün səyyar satıcılar fəaliyyət göstərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV