Modern.az

65 manatla Tbilisiyə səyahət etmək mümkün olacaq

65 manatla Tbilisiyə səyahət etmək mümkün olacaq

İqtisadiyyat

7 İyul 2026, 16:00

Hazırda Bakı-Tbilisi-Bakı istiqaməti üzrə fəaliyyət göstərən qatarda mövcud olan ən aşağı sinif “Komfort”dur. 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov media üçün keçirilən brifinq zamanı deyib. 

Departament rəisi bildirib ki, “Standart +” sinfi ilə “Komfort” arasında müəyyən fərqlər var. 
“Standart +” tarifinin minimal qiyməti Bakıdan Tbilisiyə 65 manatdan başlayır. Bu da sərnişinlərimizə daha aşağı büdcəli biletlər əldə etmək imkanı qazandıracaq. Məsələn, “Komfort” sinfi ilə Böyük Kəsikdən Qardabaniyə səyahət 49 manat idisə, “Standart +” ilə bu qiymət 41 manat təşkil edəcək”.


Azər Fərəcov qiymətlərdəki cüzi dəyişikliklərin səbəbini də açıqlayıb. O qeyd edib ki, daşımalar beynəlxalq status daşıdığı üçün biletlərin qiymətləri İsveçrə frankının məzənnəsinə uyğun olaraq tənzimlənir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?