2026-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi artıb. Bu dövrdə ixrac əhəmiyyətli dərəcədə yüksəldiyi halda, idxal isə azalıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici ticarət dövriyyəsi 22 milyard 164,6 milyon ABŞ dolları təşkil edib. Bunun 15 milyard 346,3 milyon dolları ixracın, 6 milyard 818,3 milyon dolları isə idxalın payına düşüb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,5 faiz, ixrac 49,2 faiz artıb. İdxal isə 31,6 faiz azalıb.
Real ifadədə isə xarici ticarət dövriyyəsi 12,6 faiz, idxal 46,8 faiz azalıb, ixrac isə 20,5 faiz artıb.