Modern.az

Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR

Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR

İqtisadiyyat

Bu gün, 17:37

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Arazdəyən–Naxçıvan və Axurik–Türkiyə sərhədi istiqamətlərində dəmir yolu sahələrinin yenidən qurulması ilə bağlı qərar verildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Paşinyan sözügedən dəmir yolu hissələrinin yenidən qurulmasının Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcəyini bildirib.

Ermənistan Baş nazirinə Rusiya tərəfinin dəmir yollarına dair konsessiya müqaviləsi çərçivəsində bu layihədən imtina edə biləcəyi ilə bağlı sual verilib. Paşinyan belə yanaşmanı təkzib edib və bildirib ki, söhbət Rusiyanın imtinasından deyil, İrəvanın layihənin maliyyələşdirilməsi ilə bağlı suveren qərarından gedir.

Ermənistan hökumətinin başçısı Rusiya ilə münasibətlər kontekstində sözügedən dəmir yolu xətlərinin təmiri məsələsini 2025-ci ilin dekabrından gündəmə gətirir. Paşinyan bu ilin may ayında hökumətin həmin xərcləri öz üzərinə götürəcəyini açıqlamışdı.

Daha sonra Ermənistan baş naziri ölkənin dəmir yolu infrastrukturunun idarə edilməsinə dair Rusiyanın konsessiyasının şərtlərinə yenidən baxılması təşəbbüsü ilə çıxış edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!