Modern.az

Belçikadan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı SƏRT MÖVQE

Belçikadan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı SƏRT MÖVQE

İqtisadiyyat

29 Avqust 2026, 22:04

Belçika Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə qarşı çıxıb.

Modern.az xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Franken Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanını qəti şəkildə istisna edib.

Franken Belçikanın Baş naziri Bart De Veverin Ukraynaya 210 milyard avro həcmində kredit verilməsi ilə bağlı sxemi bloklamaqda davam edəcəyini vurğulayıb. Baş nazir bu mexanizmi yüksək maliyyə riskləri və Rusiya aktivlərinin müsadirəsindən sonra yaranacaq nəticələrlə təkbaşına üzləşmək narahatlığı səbəbindən 2025-ci ilin dekabrında dondurub.

Nazir həmçinin Baltikyanı ölkələri bu məsələnin Avropanın gündəminə yenidən qaytarılması cəhdlərinə son qoymağa çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...