Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı ABŞ-nin İranla əlaqələr barədə ittihamlarından sonra ölkədə fəaliyyət göstərən “Bonque Misr” bankının filialları ilə bağlı xüsusi və təcili araşdırmaya başlayıb.
Modern.az xəbər verir ki, BƏƏ Mərkəzi Bankının açıqlamasına görə, araşdırma ABŞ hakimiyyətinin qeyd etdiyi dövr ərzində həyata keçirilmiş əməliyyatları əhatə edəcək. Xüsusilə ABŞ-nin açıqlamasında adı çəkilən şirkətlərlə aparılan maliyyə əməliyyatlarının dərin ekspertizası nəzərdə tutulur.
ABŞ Maliyyə Nazirliyi Misir Bankının BƏƏ-dəki filiallarını İran hökumətinin ABŞ dollarına çıxışını təmin edən mühüm mərkəzlərdən biri kimi qiymətləndirib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvarından 2026-cı ilin iyununa qədər həmin filiallar İranın kölgə bank şəbəkəsinin bir hissəsi olan 103 şirkət üçün təxminən 1,8 milyard dollar məbləğində əməliyyat həyata keçirib.