Modern.az

Azərbaycanda Ermənistan məhsulları satılacaq - TARİX AÇIQLANDI

Azərbaycanda Ermənistan məhsulları satılacaq - TARİX AÇIQLANDI

İqtisadiyyat

31 Avqust 2026, 23:35

“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.

“Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən mal və məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”, –Mirzoyan bildirib.

Qeyd edək ki, o, bu sözləri hazırda yalnız İrəvanın Bakıdan məhsul aldığı barədə fikirlərə cavab olaraq söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...