Modern.az

Çindən məhsullar birbaşa Bakı limanına daxil olacaq

Çindən məhsullar birbaşa Bakı limanına daxil olacaq

İqtisadiyyat

Bu gün, 12:40

Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Modern.az xəbər verir ki, o jurnalistlərə açıqlamasında Lianyungang Limanı ilə Bakı Limanı arasında tərəfdaşlığın təməlinin hələ 2018-ci ildə qoyulduğunu bildirib:

"Biz 2018-ci ildə ilk əməkdaşlıq memorandumunu imzaladıq. Daha sonra, 2024-cü ildə tərəflər arasında münasibətlər yenidən möhkəmləndirildi. Keçən ilin iyul ayında isə Pekində Lianyungang Limanının vitse-prezidenti ilə ADY-nin rəhbərliyi arasında görüş keçirildi və gələcək əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olundu. Cənab Rüstəmovla  növbəti ikitərəfli görüşümüz olub.

Jiang Veinin sözlərinə görə, Lianyungang limanı Çində konteyner qatarlarının ilk yola salındığı məntəqələrdən biridir:

"Biz hələ 1990-cı illərdə - təxminən 30 il əvvəl Lianyungangdan Almatıya ilk konteyner qatarını yola salmışıq. Logistika zəncirini genişləndirmək məqsədilə 2014-cü ildə 'Qazaxıstan Dəmir Yolları' ilə birgə Lianyungangda “Çin-Qazaxıstan Beynəlxalq Logistika Bazası”nı, 2018-ci ildə Qazaxıstan ərazisində '”Xorqos Gateway” quru limanını yaratdıq. 2024-cü ilin sonunda isə 'Aktau Beynəlxalq Konteyner Habı' Birgə Müəssisəsini təsis etdik."

Çinli nümayəndə vurğulayıb ki, əsas məqsəd logistika şəbəkəsini Qərb istiqamətində - Xəzər dənizi və Bakı üzərindən inkişaf etdirməkdir:

"Bizim niyyətimiz Çin-Qazaxıstan dəhlizi vasitəsilə Qərbə doğru genişlənməkdir. Lianyungang və Bakı (Ələt) limanları arasındakı əlaqələr yalnız imzalanmış memorandumlar və kağız üzərindəki razılaşmalarla məhdudlaşmamalıdır. Biz Lianyungang limanının resurslarına söykənərək real, praktiki logistik məhsullar və marşrutlar inkişaf etdirmək niyyətindəyik. Planımız Lianyungangdan yola düşən konteyner qatarlarını 'Xorqos Gateway' quru limanı və Aktau konteyner habı vasitəsilə gəmilərə yükləyərək birbaşa Bakı limanına çatdırmaq və bu marşrut üzrə daşımaları daimi etməkdir."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!