Modern.az

Ölkənin xarici ticarəti real ifadədə 15 faiz azalıb

Ölkənin xarici ticarəti real ifadədə 15 faiz azalıb

İqtisadiyyat

10 Sentyabr 2026, 12:14

2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi nominal ifadədə artsa da, real göstəricidə azalıb.

Modern.az xəbər verir ki, yanvar–iyul aylarında xarici ticarət dövriyyəsi 30 milyard 17,4 milyon dollar təşkil edib.

Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,9 faiz artsa da, real ifadədə 15,1 faiz azalıb.

Hesabat dövründə ixrac 20 milyard 136,7 milyon dollar, idxal isə 9 milyard 880,7 milyon dollar olub. Nəticədə Azərbaycanın xarici ticarətində 10 milyard 256 milyon dollarlıq müsbət saldo yaranıb.

Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşlarla ticarət əməliyyatları həyata keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir