Modern.az

Cavid Qurbanovdan dəmiryolçulara təbrik: “Uğurlarda hər birinizin əməyi var”

Cavid Qurbanovdan dəmiryolçulara təbrik: “Uğurlarda hər birinizin əməyi var”

İqtisadiyyat

Bu gün, 10:54

13 Oktyabr – Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günüdür.

Dəmir yolları ölkənin iqtisadi inkişafını sürətləndirən, şəhərləri və insanları birləşdirən, Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində mövqeyini gücləndirən mühüm sahələrdən biridir. Bu yolların fasiləsiz fəaliyyətinin arxasında isə hər gün böyük məsuliyyətlə çalışan minlərlə dəmiryolçunun zəhməti dayanır.

13 oktyabr – Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü də məhz ölkənin nəqliyyat sisteminin inkişafına töhfə verən, əməyi çox vaxt görünməsə də, əhəmiyyəti hər kəsin həyatında hiss olunan dəmir yolu işçilərinin peşə bayramıdır.

Modern.az-ın məlumatına görə, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Fəxri dəmiryolçu” Cavid Qurbanov 13 Oktyabr – Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə dəmiryolçuları təbrik edib.

Nazir müavininin təbrikində deyilir:

“Hörmətli dəmir yolu işçiləri!

Sizi 13 Oktyabr – Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Azərbaycan dəmir yollarının inkişafı, ölkəmizin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi dövlətimizin iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, diqqət və qayğısı ilə inkişaf yoluna qədəm qoyan Azərbaycan dəmir yolu təsərrüfatı bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır.


Azərbaycanda müasir dəmir yolu infrastrukturunun yaradılması, sürətli qatarların hərəkətinin təşkili, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bütün bunlar Azərbaycanın regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.

İşğaldan azad edilmiş doğma Qarabağımızda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində yeni dəmir yolu xətlərinin çəkilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu layihələr Böyük Qayıdış prosesinə, azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasına və ölkəmizin nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində görülən işlər isə Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində mövqeyinin daha da güclənməsi üçün geniş imkanlar yaradır.


Bütün bu nailiyyətlərin əldə olunmasında dəmir yolu sahəsində çalışan minlərlə zəhmətkeş insanın əməyi, peşəkarlığı, məsuliyyəti və fədakarlığı xüsusi qeyd olunmalıdır. Dəmir yolu işçilərinin hər birinin gördüyü iş ölkəmizin inkişafına, iqtisadi tərəqqisinə və xalqımızın rifahına xidmət edir.

Mənim də həyatım və əmək fəaliyyətim dəmir yolu ilə sıx bağlıdır. Bir dəmiryolçu kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahənin inkişafı, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması istiqamətində həmkarlarımızla çiyin-çiyinə çalışmış, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və mühüm nailiyyətlərin əldə olunması üçün səylərimizi əsirgəməmişik. Azərbaycan dəmir yollarının uğurlarında hər bir dəmiryolçunun əməyi və zəhməti var.


Bu əlamətdar gündə bir dəmiryolçu kimi Azərbaycan dəmir yollarının inkişafına töhfə verən bütün həmkarlarıma bir daha təşəkkürümü bildirir, Uca Allahdan hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailələrinizə firavanlıq və şərəfli fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.

Peşə bayramınız mübarək olsun!”

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi