Modern.az

Məşhur amerikalı cazmen vəfat etdi

Məşhur amerikalı cazmen vəfat etdi

Mədəniyyət

17 Aprel 2023, 13:14

Məşhur amerikalı caz pianoçusu, bəstəkar və müəllim Əhməd Camal 92 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

 

92 yaşlı cazmenin ölümünə prostat xərçənginin səbəb olduğu bildirilir.

 

Əhməd Camal üç yaşında pianoda ifa etməyə başlayıb, peşəkar karyerasına isə on dörd yaşında başlayıb. O, 1950-ci illərin sonlarında Yeni Cazın Kamera Musiqisi (1956), Amma Mənim üçün Deyil (1958), Əhmədin Blyuzunda (1959) əsərləri ilə məşhurlaşıb.

 

Camal, həmçinin 60-cı illərdən prodüserlik fəaliyyəti ilə məşğuldur. O, müasir cazın (cool, neo-op) nümayəndəsi hesab olunurdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat