Modern.az

Heydər Əliyevin sevdiyi mahnılar Şuşada səsləndirildi - FOTOLAR

Heydər Əliyevin sevdiyi mahnılar Şuşada səsləndirildi - FOTOLAR

Mədəniyyət

10 May 2023, 23:28

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir.

 

Modern.az xəbər verir ki, festival çərçivəsində Mehmandarovların malikanə kompeksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı olub.

 

Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib.

 

Konsert zamanı respublikanın tanınmış ifaçıları tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat