Modern.az

"Natəvan" operası ilk dəfə Cıdır düzündə  - FOTOLAR

Mədəniyyət

11 May 2023, 18:47

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Fesitvalının sonuncu günündə Vasif Adığözəlovun “Natəvan” operası təqdim olunub.

 

Modern.az xəbər verir ki, Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.

 

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adığözəlov olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat