Modern.az

Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor vəfat etdi

Mədəniyyət

21 May 2023, 00:02

Türkiyəli aktyor Nuri Sesigüzel vəfat edib.

 

Modern.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.

 

1937-ci ildə anadan olan aktyor karyerasına 60-cı illərdə başlayıb. 1963-cü ildə “Qara ilan”, 1964-cü ildə “Zavodun gülü”, 1966-cı ildə “Qara qatar”, 1966-cı ildə “Məhəbbət balladası” kimi filmlərdə rol alıb. Sənətkar bir çox filmlərin saundtreklərini bəstələyib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 86 yaşlı aktyorun vəfat ilə əlaqədar başsağlığı verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat