Modern.az

Şakira vergidən yayınıb? - Dələduzluqda günahlandırılır

Şakira vergidən yayınıb? - Dələduzluqda günahlandırılır

Mədəniyyət

26 Sentyabr 2023, 17:39

Müğənni Şakira İspaniyada 6 milyon avro vergi fırıldaqçılığında ittiham olunur.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni araşdırma müğənninin 2018-ci ildə yol verdiyi qanun pozuntularına aiddir.

 

Bundan əlavə, İspaniya hakimiyyəti Şakiranı 2012-2014-cü illər arasında 14.5 milyon avro vergidən yayınmaqda ittiham edir.

 

Prokurorluq hesab edir ki, müğənni ofşor şirkətlərin köməyi ilə dələduzluq edib. Hazırda araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?