Türkiyədə tanınmış simalarla bağlı aparılan narkotik istintaqı çərçivəsində Hande Erçel, İbrahim Çelikkol, İlkay Şencan və Deha Bilimlier barədə test nəticələri açıqlanıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bəzi hallarda qan analizləri təmiz çıxsa da, sidik və saç nümunələrində müxtəlif narkotik maddələr və onların metabolitləri müəyyən edilib.
Məlumatda qeyd olunur ki, Hande Erçelin qan analizində hər hansı narkotik maddə aşkarlanmayıb, lakin sidik nümunəsində morfin və kodein izlərinə rast gəlinib, saç analizində isə heç bir göstərici qeydə alınmayıb.
Mustafa Cecelinin qan analizi mənfi nəticə versə də, saç nümunəsində kokain və onun metabolitləri aşkar edilib. İbrahim Çelikkolun da saç analizində kokain və metabolitləri müəyyən olunub.
Deha Bilimlierin saç nümunəsində kodein və kokain izləri aşkarlanıb, İlkay Şencanın isə həm qan, həm də saç analizlərində kannabislə bağlı göstəricilər qeydə alınıb.