Modern.az

Ən bahalı banan oğurlandı - FOTO

Ən bahalı banan oğurlandı - FOTO

Mədəniyyət

Bu gün, 12:06

Fransanın Mets şəhərindəki “Centre Pompidou” muzeyində nümayiş etdirilən “Divara yapışdırılmış banan” əsərinin əsas parçası olan banan oğurlanıb.


Modern.az xəbər verir ki, bu barədə “T24”məlumat yayıb. 
Hadisə təhlükəsizlik əməkdaşının diqqəti sayəsində məlum olub. Muzey rəhbərliyi dərhal polisə müraciət edərək rəsmi şikayət ərizəsi yazıb. Səlahiyyətlilər oğurlanan bananın qısa müddətdə yenisi ilə əvəzləndiyini və ekspozisiyanın yenidən ziyarətə açıldığını bildiriblər.


Qeyd edək ki, İtalyan rəssam Maurisio Kattelanın "Komediyaçı" adlı bu instalyasiyasının ilk iki nüsxəsi vaxtilə 120 min dollara satılmış, üçüncüsü üçün isə 150 min dollar qiymət qoyulmuşdu. Satirik əsərləri ilə tanınan Kattelanın 2019-cu ildə İngiltərədə nümayiş etdirilən 18 karatlıq qızıl tualet heykəli də oğurlanmışdı.


Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV