Modern.az

Beynəlxalq konqresin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Beynəlxalq konqresin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Mədəniyyət

Bu gün, 15:06

Bakıda təşkil olunan "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən Modern.az-a bildirilib ki, Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Ziyarətdə Azərbaycanın və türk respublikalarının mədəniyyət nazirləri, Türk dünyasının aparıcı beynəlxalq təşkilatları – Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, Yunus Əmrə İnstitutu və digər qurumların rəhbərləri, həmçinin müxtəlif ölkələrdən tanınmış türkoloq-alimlər və ekspertlər iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada